Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Gürcüstan və Azərbaycan strateji müttəfiqlərdir

0

  • Gürcüstan Azərbaycan üçün dünyaya, okeanlara, limanlara və Avropaya çıxışdır. Azərbaycan da Gürcüstan üçün əsas iqtisadi baxımdam böyük önəm daşıyır. Azərbaycanın investisiyası olmasaydı, Gürcüstanın iqtisadi problemləri çox olardı. Hər iki ölkə arasında qarşılıqlı əlaqələrin yaxın illərdə daha sürətlə inkişaf edəcəyini ehtimal edə bilərik. İki ölkənin enerji, nəqliyyat və digər istiqamətlərdə çoxlu planları var. Hər iki lider xalqlar arasında dostluğumuzu və tərəfdaşlığımızı möhkəmləndirmək üçün hər şeyi etmişik və edirik. Bu görüşlər çox tez-tez və ənənəvi xarakter daşıyır, ölkələrimizin bir-birinə daha da yaxınlaşmasına, dostluğun möhkəmlənməsinə xidmət edir.Cənab Prezidenti İlham Əliyev oktyabrın 8-də Gürcüstana səfər edib. Burada o, Gürcüstanın baş naziri İrakli Qaribaşvili ilə görüşüb. İrakli Qaribaşvili bildirib ki, İlham Əliyevlə görüş zamanı Gürcüstanın regionda davamlı sülh və sabitliyə verdiyi dəstəyi bir daha vurğulayıblar. Bakı və Tiflis əlaqələri gücləndirməyə və iqtisadi artımı dəstəkləməyə diqqət yetirilir. Ticarət, enerji, davamlılıq və infrastrukturun inkişafı sahəsində xalqlarımıza fayda vermək üçün birgə imkanları araşdırılır. Cənubi Qafqaza sülh lazımdır. Biz hər zaman Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik. Necə ki, Gürcüstan Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini dəstəkləyir. Gürcüstanın Ermənistan-Azərbaycan məsələsində iştirakı zəruridir. Əsrlər boyu xalqlarımız çox mehriban qonşular olub, ətraf mühit çox mehribandır. Bu, Cənubi Qafqaz regionu üçün vacibdir. Ermənistan razılığını bildirsə, biz dərhal Gürcüstanda ikitərəfli və üçtərəfli görüşlərə başlayacağıq. Bu gün biz Ermənistanla sülh sazişi üzərində fəal işləməliyik. Biz buna nail olacağıq və Gürcüstan, Ermənistan və Azərbaycanın da iştirakı ilə Cənubi Qafqazda qarşılıqlı əməkdaşlığın aparılacağı siyasi mühit və vəziyyət yaradacağıq. Qarabağda baş verən ikinci müharibə bizim ərazi bütövlüyümüzün bərpasına gətirib çıxardı, bütün ölkənin suverenliyini bərpa etdi və bu gün biz Ermənistanla sülh sazişi üzərində fəal işləməliyik. Biz buna nail olacağıq və Gürcüstan, Ermənistan və Azərbaycanın da iştirakı ilə Cənubi Qafqazda qarşılıqlı əməkdaşlığın baş tutacağı siyasi mühit və vəziyyət yaradacağıq. Gürcüstanın Ermənistanla Azərbaycan arasında vasitəçi roluna üstünlük veririk. Bu gün bir neçə ölkə və beynəlxalq təşkilatlar normallaşma prosesində vasitəçi rolundadır. İstər tarixi aspektlərdən, istərsə də coğrafi baxımdan Gürcüstanın vasitəçiliyi ən düzgün seçimdir. Bu vəziyyətdə Gürcüstanın iştirakı lazımdır. Əgər Ermənistan razılıq versə, biz dərhal burada, Gürcüstanda, müvafiq qurumlar vasitəsilə ikitərəfli və üçtərəfli görüşlərə başlayacağıq. 
    Bahar Əliyeva,
    Xocalı rayonundan məcburi köçkün
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    Kateqoriyaİqtisadiyyat
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib51 dəfə
    gürcüstan azərbaycan strateji müttəfiqlərdir

    Maraqlı gələ bilər
    45
    48